Ius est ars boni et aeqvi

Hüquq - yaxşı iş və ədalət incəsənətidir

In favorem libertatis omnia jura clamant; sed est modus in rebus

В пользу свободы вопиет всякое право, но всему есть мера
 

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, qulluğa qəbulla bağlı 2011-ci ilin noyabr ayının 19-da keçirilmiş test imtahanının nəticələrinə görə uğur qazanmış şəxslərin sənədlərinin toplanması və yoxlanılması başa çatmış və 122 namizəd müsabiqənin ikinci mərhələsinə - söhbətə buraxılmışlar. Onların əksəriyyəti gənclərdir, təxminən yarısı respublikamızın müxtəlif bölgələrini təmsil edirlər.

05/01/2012




Ədliyyə Nazirliyinin dekabrın 29-da keçirilmiş kollegiya iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ədliyyə sisteminə göstərdiyi diqqət və qayğısı, ötən ay peşə bayramı ərəfəsində bir qrup ədliyyə işçilərinin ali xüsusi rütbələrə və yüksək dövlət təltiflərinə layiq bilinməsi vurğulanaraq, «Tərəqqi» və «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif edilmiş ədliyyə işçilərinə nazir Fikrət Məmmədov tərəfindən bu yüksək dövlət mükafatları təqdim edilmişdir...

29/12/2011




Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə hərtərəfli tədbirlər görülür. Yeni təsirli icra mexanizmləri tətbiq edilməklə icra məmurlarının səlahiyyətləri genişləndirilmiş, xidmətin maddi-texniki bazası möhkəmləndirilmişdir...

28/12/2011




Mətbuatda xəbər verildiyi kimi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər, o cümlədən hakimliyə namizədlərin seçilməsi prosedurları Avropa Şurası strukturları tərəfindən örnək kimi dəyərləndirilmişdir. Bununla əlaqədar oxucularımıza təfsilatı məlumat vermək üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun fikirlərini bölüşmək istədik...

23/12/2011




Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin bir illik səlahiyyət müddətinin 2012-ci il yanvarın 18-də başa catması ilə əlaqədar yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur...

22/12/2011



 Səhifə:   1 | 2 | 3 | 4 | 5 ... Axırıncı









Email ünvanı:
 @justice.gov.az
Şifrə:  
Copyright © Ədliyyə Nazirliyi
All Rights Reserved 2003-2011
designed by: M.O.J.
|