X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun "Qanunçuluq" jurnalına müsahibəsi

05.10.2013

Mətbuatda xəbər verildiyi kimi bu günlərdə 250-dən çox gənc mütəxəssis ədliyyə orqanlarına işə qəbul edilmiş, çoxmərhələli imtahanları, o cümlədən bir il müddətində davam etmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 70-dən çox hüquqşünas isə hakim vəzifələrinə təyin edilmişlər.

Bu təyinatların ədalət mühakiməsinin səmərəliliyinə, ədliyyə orqanlarının fəaliyyətinə hansı təsir göstərəcəyi barədə fikirlərini bölüşmək üçün ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova müraciət etdik.

Ətraflı

Ədliyyə orqanlarına işə qəbul olunmuş gənclərlə görüş keçirilmişdir

04.10.2013

Ədliyyə orqanlarının layiqli kadrlar hesabına komplektləşdirilməsi məqsədilə davamlı olaraq şəffaf prosedurlarla qulluğa qəbul üzrə müsabiqə və müsahibələr keçirilir, gənc ədliyyə işçilərinin potensialından səmərəli istifadə olunmasına, onların peşəkar dövlət qulluqçusu kimi formalaşmalarına xüsusi önəm verilir...

Ətraflı

Ədliyyə naziri Sumqayıt şəhərində vətəndaşları qəbul etmişdir

03.10.2013

Ölkə Prezidentinin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Sumqayıt şəhərində Abşeron, Qobustan, Xızı rayonlarında, Sumqayıtda və digər bölgələrdə yaşayan vətəndaşların, habelə Şuşa şəhəri və Qubadlı rayonundan olan məcburi köçkünlərin qəbulunu keçirmişdir...

Ətraflı

Vətəndaşların nəzərinə!

30.09.2013

Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tərəfindən oktyabrın 3-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir...

Ətraflı

Ədliyyə naziri Şəki şəhərində vətəndaşları qəbul etmişdir

27.09.2013

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şəki regional ədliyyə şöbəsində Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ, Yevlax rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların qəbulunu keçirmişdir...

Ətraflı
Keçidlər