X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Bəzi bölgələrdə vakant olan notarius vəzifələri üzrə müsabiqədə iştirak edən namizədlərlə test imtahanı noyabr ayının 17-də keçiriləcək

03.11.2018

Ədliyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, bəzi bölgələrdə yaradılması nəzərdə tutulmuş yeni "ASAN xidmət" mərkəzlərində təşkil olunacaq notariat kontorlarında, habelə hazırda Şirvan şəhəri, Beyləqan, Xaçmaz, Lənkəran, Salyan, Yevlax rayonlarında vakant olan notarius vəzifələri üzrə elan olunmuş müsabiqədə iştirakla bağlı sənədlərini təqdim etmiş və “Notariat haqqında” Qanunun tələblərinə cavab verən namizədlərlə test imtahanı Dövlət İmtahan Mərkəzi ilə birlikdə kompüterdən istifadə olunmaqla noyabr ayının 17-də saat 11:00-da Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında (əvvəlki Bakı Asiya Universiteti) keçiriləcəkdir.

Ətraflı

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

03.11.2018

Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində noyabrın 3-də ağacəkmə kampaniyası keçirilib...

Ətraflı

Azərbaycan ədliyyəsinin 100 illiyinə həsr olunmuş voleybol yarışı

02.11.2018

Azərbaycan ədliyyəsinin 100 illik yubileyi münasibətilə silsilə tədbirlər davam etdirilir. 02.11.2018-ci il tarixdə Penitensiar xidmətin Mühafizə alayının atıcı bölüklərinin əsgərləri arasında voleybol yarışları təşkil olunmuşdur.

Ətraflı

Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyəti ilə tanışlıq

27.10.2018

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar çərçivəsində ədliyyə və məhkəmə sistemi təkmilləşir, infrastruktur müasirləşdirilir, vətəndaşların bu orqanlara müraciət imkanları asanlaşdırılır, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üzrə ardıcıl tədbirlər görülür...

Ətraflı

Ədliyyə Akademiyasında iqtisadiyyatın inkişafında hüququn roluna dair beynəlxalq konfrans keçirilib

25.10.2018

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatlar nəticəsində respublikamızın davamlı sosial-iqtisadi tərəqqisi təmin edilir, bir sıra qlobal enerji və nəqliyyat layihələri uğurla həyata keçirilir, Azərbaycan iqtisadi rəqabətqabiliyyətliliyinə görə dünyada qabaqcıl ölkələr sırasında yüksək pillələrdə qərarlaşmaqla islahatçı dövlət kimi tanınır. Həmçinin iqtisadi qanunvericiliyin inkişafı, bu sahədə qanunçuluğun möhkəmləndirilməsi, iqtisadi və sosial sferalarda hüquqi təminat məsələləri daim diqqətdə saxlanılır...

Ətraflı
Keçidlər