X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gənclər Günü Ədliyyə Nazirliyində qeyd olunmuşdur

02.02.2011

Ədliyyə Nazirliyində 2 Fevral - Gənclər Günü münasibətilə yeni qulluğa qəbul edilən mütəxəssislərlə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə vətənpərvər ruhlu, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm...

Ətraflı

Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir

31.01.2011

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilərək, əhalinin haqlı narazılığına səbəb olan korrupsiya halları vurğulanmış, mövcud problemlərin araşdırılması və qısa müddətdə aradan qaldırılması barədə konkret tapşırıqlar verilmişdir...

Ətraflı

Məhkəmə islahatları uğurla davam etdirilir

26.01.2011

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və köklü dəyişikliklərə səbəb olan mütərəqqi tədbirlər qeyd olunmuş, qarşıda duran vəzifələr müzakirə edilmişdir...

Ətraflı

Korrupsiyaya qarşı beynəlxalq mübarizə gücləndirilir

24.01.2011

Korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə təşviqi məqsədilə Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası yaradılaraq artıq beşinci ildir ki, uğurlu fəaliyyət göstərir. Azərbaycan bu sosial bəla ilə mübarizəyə mühüm əhəmiyyət verərək, Assosiasiyanın təşkilatçılarından biri kimi çıxış etmiş, ölkəmizin ədliyyə naziri qurumun vitse-prezidenti seçilmişdir...

Ətraflı

Ədliyyə orqanlarında 20 Yanvar faciəsinin iyirmi birinci ildönümünə həsr olunmuş anım mərasimləri keçirilir

19.01.2011

Ədliyyə Nazirliyində və onun bütün struktur qurumlarında 20 Yanvar- ümumxalq hüzn günü ilə bağlı geniş tədbirlər keçirilərək şəhidlərimiz ehtiramla anılmış, xalqımızın müstəqillik yolunda keçdiyi keşməkeşli tarixə nəzər salınmışdır...

Ətraflı
Keçidlər