08.02.2019
Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, Azərbaycan gəncliyinin hərtərəfli inkişafına, cəmiyyətin bütün sahələrində fəal iştirakına əlverişli imkanlar yaradılır. Eyni zamanda, son illər Azərbaycanda könüllülər hərəkatı geniş vüsət alıb, dövlət başçısının təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanun qəbul olunub, minlərlə gənc müxtəlif təşkilatlarda, o cümlədən "ASAN Könüllülər" şəbəkəsində fəaliyyətə cəlb olunmaqla cəmiyyətimizin fəal üzvlərinə çevriliblər.
06.02.2019
Fevralın 6-da Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzində pilot bələdiyyələr üçün “Subvensiya layihələrinin hazırlanması və təqdim edilməsi” mövzusunda seminar keçirilib.
04.02.2019
Ölkəmizdə İslam və ərəb dünyası ilə ikitərəfli münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir, Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif, o cümlədən hüquqi sahədə səmərəli əməkdaşlıq edilir, bu ölkənin hüquqşünaslarından ibarət geniş nümayəndə heyətləri Azərbaycana səfərlər edib, məhkəmə-hüquq islahatlarımıza və müsbət təcrübəmizə maraq göstərilib, həmçinin Krallığın ədliyyə naziri müavininin ötən il respublikamıza səfəri zamanı iki nazirlik arasında əməkdaşlıq haqqında hazırlanmış Anlaşma Memorandumunun layihəsi razılaşdırılıb...
02.02.2019
Ədliyyə orqanlarında çalışan işçilərin böyük əksəriyyətini təşkil edən gənclərlə aparılan iş, onların qulluq keçməsi, layiqli dövlət qulluqçusu kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi məsələləri Nazirliyin rəhbərliyinin daim diqqət mərkəzində saxlanılır...
28.01.2019
Ədliyyə Nazirliyində icra və probasiya xidmətlərinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin, cinayət işləri üzrə ibtidai istintaqı aparan müstəntiqlərin iştirakı ilə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirə keçirilib.