X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşların nəzərinə!

30.06.2018



Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyulun 4-də Göyçay rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Ətraflı

Ədliyyə Nazirliyində görüş

29.06.2018

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Yaxın Şərqdə qərar vermə prosesində qadınların gücləndirilməsi ilə bağlı həyata keçirdiyi layihə çərçivəsində yerli özünüidarəetmə fəaliyyəti və bu sahədə qadınların iştirakına dair Azərbaycanın təcrübəsi ilə tanış olmaq məqsədilə ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin Yerli Hökumət nazirinin müavini Məhəmməd Əl-Cabarinin başçılıq etdiyi nümayəndə heyəti ilə iyunun 29-da ədliyyə nazirinin müavini Vilayət Zahirovun görüşü olub.

Ətraflı

Əlcəzair ilə ilk dövlətlərarası müqavilə imzalanıb

21.06.2018

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan hərtərəfli islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən mütərəqqi beynəlxalq təcrübəyə böyük əhəmiyyət verilir, bu məqsədlə bir çox xarici dövlətlərin Ədliyyə nazirlikləri ilə səmərəli ikitərəfli əlaqələr qurulub.

Ətraflı

Milli Qurtuluş günü ədliyyə orqanlarında qeyd olunub

14.06.2018

1993-cü il iyun ayının 15-də xalqımızın azadlığının, dövlətçiliyimizin müqəddəratının həll edildiyi bir vaxtda ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq çətin və şərəfli xilaskarlıq missiyası nəticəsində Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edərək onu gələcəyə inamla irəliləyən güclü və sabit bir dövlətə çevirib. Dahi öndərin ölkə rəhbərliyinə qayıdışının – Milli Qurtuluş Gününün 25 illiyi ölkəmizdə geniş qeyd olunur, ümummilli liderin Azərbaycanın dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsində misilsiz xidmətləri qədirbilən xalqımız tərəfindən böyük ehtiram və minnətdarlıq hissi ilə xatırlanır.

Ətraflı

Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir

14.06.2018

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən islahatlar aparılır, ədalət mühakiməsinə çatımlılıq, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşdırılır, məhkəmə infrastrukturunun yüksək statusuna uyğun müasirləşdirilməsi və "elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə ardıcıl tədbirlər görülür...

Ətraflı
Keçidlər