X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Vətəndaşların nəzərinə!

12.12.2015

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 16-da Qusar rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir...

Ətraflı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı dekabr ayının 19-da keçiriləcək

07.12.2015

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulu başa çatıb.

Müraciət etmiş namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində dekabr ayının 19-da saat 12.00-da vahid auditoriyada - Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) keçiriləcəkdir...

Ətraflı

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

03.12.2015

Ədliyyə Nazirliyinin İxtisas komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə 28.11.2015-ci il tarixdə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə müsahibə keçirilməsinə dekabr ayının 9-dan etibarən başlanılacaqdır...

Ətraflı

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair regional müşavirə keçirilib

30.11.2015

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi xeyli müasirləşib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilərək bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun infrastruktur yaradılır, müasirliyi və qabaqcıl İKT-lərin tətbiqi ilə fərqlənən yeni məhkəmə bina və komplekslərinin inşası aparılır...

Ətraflı

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərlə keçirilmiş test imtahanında uğur qazanmış namizədlərin siyahısı

28.11.2015

 

Ətraflı
Keçidlər