X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20.11.2015

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Ətraflı

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərlə test imtahanı noyabr ayının 28-də keçiriləcək

18.11.2015

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, Şirvan şəhərində, Ağsu, Qobustan, Şəmkir, Yardımlı və Zərdab rayonlarında notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən şəxslərin sənədlərinin toplanması və yoxlanılması prosesi başa çatıb...

Ətraflı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ərizələrin qəbulu müddəti uzadılıb

12.11.2015

Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq cari ilin oktyabr ayında elan edilmiş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulunun 14 noyabr 2015-ci il tarixinədək həyata keçirilməsi nəzərdə tutulub.

Bununla belə, müsabiqədə iştirak etmək arzusunda olan bütün hüquqşünaslara geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu müddətinin uzadılması və 1 dekabr 2015-ci il tarixində başa çatdırılması qərara alınıb...

 

Ətraflı

Prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılışında iştirak edib

05.11.2015

Prezident İlham Əliyev Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində iştirak edib. 

Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verdi...

Ətraflı

Beynəlxalq antikorrupsiya fəaliyyətində Azərbaycan mühüm rol oynayır

02.11.2015

Dövlət başçısı cənab İlham Əliyevin qəti siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı sərt mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək Azərbaycan 140 ölkəni birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir...

Ətraflı
Keçidlər