X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan və Belarus arasında hüquqi sahadə əməkdaşlıq inkişaf edir

19.12.2013

Respublikamız tərəfindən xarici ölkələr, o cümlədən Belarus ilə hüquqi sahədə əməkdaşlığın inkişafına mühüm önəm verilir. 1999-cu ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında, 2012-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı məhkəmə ekspertizası sahəsində imzalanmış əməkdaşlıq haqqında sazişlər qarşılıqlı fəaliyyətin genişləndirilməsinə mühüm töhfə olmuşdur...

Ətraflı

Ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmişlər

12.12.2013

Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Vətəni və xalqı qarşısında müstəsna xidmətləri, dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində əvəzsiz rolu və misilsiz fəaliyyəti qədirbilən xalqımız tərəfindən hər zaman dərin minnətdarlıq hissi ilə yad edilir, ulu öndərin əziz xatirəsi daim uca tutulur...

Ətraflı

Ölkə Prezidentinin fərmanı diqqət mərkəzindədir

03.12.2013

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilmişdir.

İclasda dövlət başçısının "Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 20 noyabr 2013-cü il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunmuşdur... 

Ətraflı

Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilmişdir

02.12.2013

Bütün bəşəriyyəti narahat edən korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə aparılması üçün 2003-cü ildə BMT tərəfindən Korrupsiya əleyhinə Konvensiya qəbul edilmiş, ölkəmiz ilk dövlətlər sırasında xüsusi qanunla həmin sənədə qoşulmuşdur. Konvensiyanın implementasiyası, bu sahədə müsbət təcrübələrin təşviqinə dair müzakirələrin aparılması, aşkar olunan problemlərin həlli yollarının araşdırılması üçün BMT tərəfindən mütəmadi olaraq konfranslar keçirilir... 

Ətraflı

Ədliyyə Nazirliyində görüş

28.11.2013

Noyabrın 28-də Ədliyyə Nazirliyində Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin məruzəçisi xanım Maylis Reps və Komitənin katibi xanım Aqneşka Şklanna ilə görüş keçirilmişdir... 

Ətraflı
Keçidlər