X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının iclası keçirilmişdir

Vətəndaş Namiq Şavruqovun sahibkarlıq fəaliyyəti ilə bağlı məhkəmə qərarının uzun müddət icra olunmamasına dair təkrar şikayətinə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 8 iyul 2016-cı il tarixli iclasında baxılmışdır.

Qeyri-hökumət təşkilatları nümayəndələrinin də dəvət olunduğu iclasda Apellyasiya Şurası tərəfindən N.Şavruqovun müraciəti üzrə bütün dəlillər ətraflı müzakirə edilmiş və "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 7.3.1-ci bəndi rəhbər tutularaq şikayətin təmin edilməsi barədə qərar qəbul olunmuşdur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən şikayətçiyə icarə hüququ əsasında qeyri-yaşayış sahəsinin ayrılması ilə əlaqədar məhkəmə qətnaməsinin qısa müddətdə icrasının təmin olunması ilə bağlı nazirliyin İcra baş idarəsinə göstəriş verilmiş, həmçinin fəaliyyətində nöqsanlara yol vermiş icra xidmətinin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdır.

Keçidlər