X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

"Maersk Drilling Services" məhdud məsuliyyətli cəmiyyətin Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin əməkdaşları tərəfindən borclu tərəf olduğu məhkəmə qərarının icrası zamanı qanunsuz hərəkətlərə yol verilməsi barədə təkrar şikayəti üzrə toplanmış materiallar Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 7 dekabr 2016-cı il tarixli iclasında müzakirə olunub.

Həmin icra işi ilə bağlı məhdud məsuliyyətli cəmiyyətin şikayətinin hazırda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olması nəzərə alınaraq "İnzibati icraat haqqında" Qanunun 72.2-ci maddəsinə əsasən Apellyasiya Şurasında şikayət üzrə başlanılmış icraata xitam verilməsi barədə qərar qəbul edilib.

Keçidlər