X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

Vətəndaş Ramiz Əskərovun sahibkarlıq fəaliyyəti ilə bağlı məhkəmə qərarının icra olunmamasına dair təkrar şikayətinə onun iştirakı ilə Ədliyyə Nazirliyinin Apellyasiya Şurasının 6 noyabr 2017-ci il tarixli iclasında baxılıb.

Qeyri-hökumət təşkilatları nümayəndələrinin də dəvət olunduğu iclasda Apellyasiya Şurası tərəfindən R.Əskərovun müraciəti üzrə bütün dəlillər ətraflı müzakirə edilib və “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 7.3.1-ci bəndi rəhbər tutularaq şikayətin təmin edilməsi barədə qərar qəbul olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən müvafiq tikilinin layihəsinin təsdiq edilməsi ilə əlaqədar məhkəmə qətnaməsinin icrasının təmin olunmasına dair nazirliyin İcra baş idarəsinə göstəriş verilib, həmçinin fəaliyyətində nöqsanlara yol vermiş icra xidmətinin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılıb.

Keçidlər