X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Probasiya xidməti



Rəis - Ziyadov Akşin Vaqif oğlu (tel: 434-80-32)
Rəis müavini - Hümbətov Musa Hümbət oğlu (tel: 434-80-37)
Elektron monitorinq idarəsinin rəisi  -  Həsənov Elmin Ağamusa oğlu

 

Əsas fəaliyyət istiqamətləri

 

- Cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını təşkil edir;

- Cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir;

- Şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir;

- Cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətinin həyata keçirilməsini təşkil edir;

- İctimai işlər növündə inzibati tənbehin icrasını təşkil edir;

- Üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikası işini təşkil edir;

- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

 

Əsasnamənin tam mətnini buradan əldə etmək olar.

Keçidlər