X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hüquqi şəxslərin dövlət qeydiyyatı və yenidən qeydiyyatı üçün dövlət rüsumunun dərəcələri



Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği
20.1. Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün. 220 manat
20.2. Kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün. 3 manat
20.3. Digər hüquqi şəxslərin qeydiyyatı üçün. 11 manat
20.4. Hüquqi şəxslərin yenidən qeydiyyatı üçün. bu Qanunun 20.1-20.3-cü maddələrində göstərilən məbləğin 50 faizi
20.5. Hüquqi şəxslərə qeydiyyat şəhadətnaməsinin dublikatının verilməsi üçün. 2 manat
20.6. Sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışların verilməsi üçün (hər səhifəyə görə). 1 manat

 

Maddə 20 - 1. Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə dövlət rüsumundan azadolmalar

20-1.1. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.

20-1.2. Dövlət orqanlarına və təsisçilərə sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışlar rüsumsuz verilir.

20-1.3. Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır.

Keçidlər