X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeyri-kommersiya təşkilatları tərəfindən alınmış (verilmiş) qrant müqavilələri (qərarları) barədə 2009-cu il üzrə ümumiləşdirilmiş məlumat



«Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 02.01.2003-cü il tarixli Fərmanının 3-cü bəndinə əsasən qrant alınması haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.

2009-cu il ərzində 631 qrant alınması haqqında müqavilələrin (qərarların) qeydiyyata alınması ilə bağlı 399 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 449 müraciət edilmişdir.

Həmin müqavilələr (qərarlar) üzrə 62 donor təşkilatından 2 373 256 manat, 5 844 025.4 ABŞ dolları, 3 095 578 avro, 105 000 funt sterlinq, 1 921 500 türk lirəsi və 15 000 kanada dolları məbləğində qrant almışdır (ümumi məbləğ təxminən 21 638 667 manat təşkil edir). Qeyd edirik ki, qrant verən təşkilatlardan yeddisi yerli donordur.

Keçən il ilə müqayisədə qrant müqavilələri (qərarları) barədə məlumat təqdim edən təşkilatların və müqavilələrin sayında xeyli artım müşahidə olunur. Belə ki, 2008- ci il ərzidə ölkə üzrə dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatlarının 5,1% qrant alması barədə məlumat təqdim etmişdirsə, 2008-cı il ərzində bu göstərcilər 11,8% olmuşdur.

Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmişdir və qrantların əsasən aşağıdakı sahələr üzrə verildiyi müəyyən edilmişdir:

uşaq və gənclər problemləri -15,2%-i;

yerli özünüidarə məsələləri - 14,4%-i;

insan hüquqları -12,2%-i;

səhiyyə və əhalinin sağlamlığı - 10,8%

sosial problemlələ - 8,3

KİV - 7,3 %-i;

ekologiya və təbiəti mühafizə - 5,5 %-i;

qaçqın və məcburi köçkün problemləri -5,4 %-i;

qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi - 3.4%-i;

iqtisadi inkişaf - 3,2%

qadın problemləri -3 %-i;

təhsil - 2,8 %-i;

korrupsiya ilə mübarizə - 2,4%

elm, mədəniyyət -2%

xeyriyyəçilik- 1.2 %-i;

digər sahələr -2.9 %-i.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə əsasən qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə cərimə müəyyən olunmuşdur.

Qrant alınması haqqında müqavilələrin (qərarların) qanunvericiliklə tələb olunan müddətdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməyən qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı bir sıra tədbirlər görülmüşdür.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə 2009-cu ildə 2 təşkilat (bunlardan biri Gəncə Regional ədliyyə şöbəsi tərəfindən) barədə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiqşdir. Bundan əlavə müqavilələrin (qəraraların) tələb olunan müddətdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməyən, lakin bu xətaya görə qanunvericiliklə nəzərdə tutular inzibati məsuliyyətə cəlb etmə müddətləri bitən təşkilatlara xəbərdarlıqlar edilmişdir.

2009-cu il ərzində qrant qanunvericiliyinə bir sıra dəyişikliklər edilmişdir. Belə ki, 16 dekabr 2008-ci il tarixdə qrant qanunvericiliyi ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci və 223-1.2-ci maddələrinə dəyişikliklər edilmiş (İnzibati Xətalar Məcəlləsinə görə cərimənin məbləği min manatdan iki min beş yüz manatadək müəyyən edilmişdir) və bu dəyişiklik 2009-cu ildə qüvvəyə minmişdir.

Həmçinin, 30.06.2009-cu ildə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsində əlavələr edilmişdir. Belə ki, qrant qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyətə cəlb etmə müddətləri iki aydan bir ilədək artırılmışdır.

Eyni zamanda, həmin qanunla «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinin 3-cu bəndinə və 2.4-cü bəndinə aşağıdakı məzmunda cümlələr əlavə edilmişdir:

«Dövlət büdcəsi hesabına verilmiş qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti donor həyata keçirir» və «Dövlət büdcəsi hesabına, verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim edilir.»

Həmçinin 4.5-ci bəndinin birinci cümləsindən «bir qayda olaraq» sözləri çıxarılmış və aşağıdakı redaksiyada verilmişdir:

«Qeydə alınmayan qrant verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz.»

Keçidlər