X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeyri-kommersiya təşkilatları tərəfindən alınmış (verilmiş) qrant müqavilələri (qərarları) barədə 2010-cu il üzrə ümumiləşdirilmiş məlumat



«Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 02.01.2003-cü il tarixli Fərmanının 3-cü bəndinə əsasən qrant alınması haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.

2010-cu il ərzində qrant alınması haqqında müqavilələrin (qərarların) qeydiyyata alınması ilə bağlı 270 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 577 müraciət edilmişdir.

Həmin müqavilələr (qərarlar) üzrə 130 donor təşkilatından 11 474 188,57 manat, 12 693 744,76 ABŞ dolları, 5 527 711,2 avro, 152 798 funt sterlinq, 366 660 isveçrə frankı, 3 010 000 norveç kronu, 7 250 000 isveç kronu və 5 000 kanada dolları məbləğində qrant alınmışdır (ümumi məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankının 30.12.2010-cu il tarixli məzənnəsinə əsasən 29 200 427,63 manat təşkil edir). Qeyd edirik ki, qrant verən təşkilatlardan iyirmi üçü yerli donordur (onlardan yeddisi dövlət təşkilatlarıdır).

Keçən il ilə müqayisədə qrant müqavilələrin (qərarların) sayında xeyli artım müşahidə olunur. Belə ki, 2009-cu il ərzində 631 qrant müqaviləsi təqdim edilmişdirsə, 2010-cu il ərzində bu göstəricilər 951 olmuşdur.

Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmişdir və qrantların əsasən aşağıdakı sahələr üzrə verildiyi müəyyən edilmişdir:

elm, təhsil və maarifləndirmə - 19,34%

uşaq və gənclər problemləri - 10,51%

insan hüquqları - 8,63%

səhiyyə və əhalinin sağlamlığı - 8,21%

qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi - 6,2%

KİV - 5,78%

iqtisadi inkişaf - 5,36%

ekologiya və təbiəti mühafizə - 5,1%

qadın problemləri - 4,52%

yerli özünüidarə məsələləri - 3,99%

vətənpərvərlik - 3,78%

sosial problemlər - 3,68%

xeyriyyəçilik - 3,47%

qaçqın və məcburi köçkün problemləri - 3,26%

turizm və mədəniyyət - 2,2%

beynəlxalq əməkdaşlıq - 1,57%

kənd təsərrüfatı - 1,36%

korrupsiya ilə mübarizə - 0,52%

digər sahələr - 2,52%

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-1-ci maddəsinə əsasən qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə cərimə müəyyən olunmuşdur.

Qrant alınması haqqında müqavilələrin (qərarların) qanunvericiliklə tələb olunan müddətdə qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim etməyən qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı bir sıra tədbirlər görülmüşdür.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə 2010-cu ildə 5 təşkilat barədə inzibati xəta haqqında iş üzrə 6 protokol tərtib edilmiş, onlardan 4 inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir və 2 inzibati xəta barədə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Tətbiq edilmiş intizam tənbehi nəticəsində 4000 (dörd min) manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilmişdir.

2010-cu ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış qrant müqavilələri (qərarları) haqqında hər ay yeniləşən məlumatları Ədliyyə Nazirliyinin saytında (justice.gov.az) yerləşdirilir.

Keçidlər