X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeydiyyata alınması (verilməsi) üçün təqdim olunmuş qrant müqavilələri (qərarları) barədə 2013-cü il üzrə ümumiləşdirilmiş məlumat



"Qrant haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi olan donorların xarici resipiyentlərə qrant verilməsi haqqında, həmçinin, Azərbaycan Respublikasının resipiyentləri tərəfindən qrant alınması haqqında müqavilələr (qərarlar) müvafiq icra hakimiyyəti orqanında qeydə alınmalıdır.

Azərbaycan Respublikası Prezidentinin 02.01.2003-cü il tarixli Fərmanının 3-cü bəndinə əsasən qrant alınması haqqında müqavilələr (qərarlar) qeyri-kommersiya hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınırlar.

2013-cü il ərzində qrant alınması haqqında 1817 müqavilənin (qərarın) qeydiyyata alınması ilə bağlı 220 təşkilat tərəfindən Ədliyyə Nazirliyinə 737 müraciət daxil olmuşdur.

Həmin müqavilələr (qərarlar) üzrə 173 donor təşkilatından 67.217.026 manat məbləğində qrant alınmışdır. Ümumi məbləğdən 23.550.942 manat xarici donorlar tərəfindən verilmiş qrantlardır (təhsil, maarifləndirmə, gənclər, sosial problemlər, vətəndaş cəmiyyətinin inkişafı, insan hüquqları və digər layihələr üzrə verilmişdir). Qrant məbləğinin 65%-i 29 yerli donor tərəfindən verilmişdir (onlardan 12-si dövlət təşkilatıdır).

Qrant müqavilələri (qərarları) təyinatına görə təhlil edilmiş və qrantların əsasən aşağıdakı sahələr üzrə verildiyi müəyyən edilmişdir:

elm, təhsil və maarifləndirmə - 28,7%
uşaq və gənclərlə bağlı - 26,6%
sosial məsələlər - 5,1%
səhiyyə və əhalinin sağlamlığı - 4,8%
insan hüquqları - 4,5%
kütləvi informasiya vasitələri - 4,2%
qaçqın və məcburi köçkün problemləri - 3,7%
turizm və mədəniyyət - 3,5%
qadın problemləri - 3%
iqtisadi inkişaf - 2,7%
qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi - 2,3%
digər sahələr - 2,2%
ekologiya və təbiəti mühafizə - 2,1%
kənd təsərrüfatı - 2%
xeyriyyəçilik - 1,7%
yerli özünüidarə məsələləri - 1,6%
korrupsiya ilə mübarizə - 1,3%

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 223-1.1-ci maddəsinə əsasən qrant alan hüquqi şəxslər tərəfindən qrant alınması haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə (1 ay) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməməsinə görə cərimə müəyyən olunmuşdur.

Qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların surətlərinin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə Ədliyyə Nazirliyinə təqdim etməmiş qeyri-kommersiya təşkilatlarının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2004-cü il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydaları"nın 2.1-ci bəndinə zidd olaraq qrant alınması haqqında müqavilənin (qərarın) surətinin qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə təqdim etmədiyinə görə 3 inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. Tətbiq edilmiş intizam tənbehi nəticəsində ümumilikdə 7000 (yeddi min) manat məbləğində cərimə olunmuşdur.

Keçidlər