X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi



1. Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli, 48 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır.

2. Dövlət reyestrindən çıxarış qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatını həyata keçirən orqanlar tərəfindən verilən, qurumun dövlət qeydiyyatına alınmasını təsdiq edən, qeydiyyata alınmış faktları, o cümlədən təsis sənədlərində edilmiş dəyişikliyi və qeydiyyata alınmış faktların sonrakı dəyişikliyini özündə əks etdirən hüquqi sənəddir.

3. Dövlət reyestrindən çıxarış xüsusi blank formasında tərtib olunur. Çıxarış "İşləmək üçün kağız formatları" - 9327- 60 dövlətlərarası standartlar üzrə A4(210x297mm) formatda hazırlanır, üstündə Dövlət gerbi təsvir edilir və qeydiyyat orqanının adı göstərilir.

4. Dövlət reyestrindən çıxarışda "Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları"nın 3.1-ci bəndində göstərilən ümumi məlumatlarla yanaşı, təşkilati-hüquqi formasından asılı olaraq həmin Qaydaların 3.2.3-cü və 3.2.4-cü yarımbəndlərində göstərilən digər məlumatlar da əks etdirilir (1 nömrəli əlavə).

5. Dövlət reyestrindən çıxarış dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı olduqda, dövlət qeydiyyatına alınmış qurumun adı, qeydiyyat nömrəsi və tarixi, təşkilati-hüquqi forması, hüquqi ünvanı, dəyişikliyin məzmunu və hüquqi əsasları (dəyişikliyin qeydə alınmasına əsas verən sənədlər) və dəyişikliyin qeydiyyat tarixi mütləq qaydada göstərilməlidir.

6. Reyestrdə bir neçə fakt üzrə dəyişiklik edilməsi barədə eyni vaxtda müraciət edildiyi halda, baş vermiş bütün dəyişikliklər çıxarışda qeyd edilir (2 nömrəli əlavə).

7. Hüquqi şəxslərin yenidən təşkili zamanı digər məlumatlarla yanaşı, hüquqi varislik faktı da çıxarışda qeyd edilməlidir.

8. Başqa dövlət orqanlarında qeydiyyata alınmış qurumların reyestrə daxil edilməsi zamanı çıxarışda həm də onların ilkin qeydiyyat tarixi və nömrəsi, əvvəlki qeydiyyat orqanı qeyd edilməlidir.

9. Dövlət reyestrindən çıxarış Dövlət reyestr kitabında yazılmış və qüvvədə olan bütün məlumatları, həmçinin hüquqi qüvvəsini itirmiş sonuncu faktı əks etdirir.

10. Dövlət reyestrindən çıxarışda hüquqi şəxslərin təşkilati-hüquqi formasından asılı olan məlumatlar öz əksini tapır.

Keçidlər