X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Avstriya Federal Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu - 19 sentyabr 2003-cü il tarixdə Bakı şəhərində imzalanmışdır

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Avstriya Federal Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu

Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fikrət Məmmədovun dəvətilə Avstriya Respublikasının Federal Ədliyyə naziri cənab Dr. Diter Bohmdorfer 2003-cü ilin sentyabr ayında yüksək səviyyəli nümayəndə heyətinin basçısı kimi Azərbaycan Respublikasına səfər etmisdir.

Bu səfərin nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyi - bundan sonra "Tərəflər"

- Azərbaycan və Avstriya Ədliyyə idarələri arasında əməkdaşlıgın inkişaf etdirilməsi və dərinləşdirilməsinə yönələn ikitərəfli səylərdən çıxıs edərək,

- ictimai həyatda ədliyyə orqanlarının əhəmiyyətini dərk edərək,

- təcrubə və xüsusilə tədris sahəsində peşə biliklərinin mubadiləsinin Tərəflərin maraqlarına uyğun olduğunu təsdiq edərək,

- Tərəflərin səlahiyyətlərini və milli qanunvericilikləri nəzərə alaraq,

aşagıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər oz səlahiyyətləri çərçivəsində xüsusilə qanunvericilik, kadrların təkmilləşdirilməsi və ədliyyə orqanlarının fəaliyyətinin təşkili sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərəcəklər.

Əsas diqqət tədris sahəsində əməkdaşlığa yetiriləcəkdir.

Maddə 2

Əməkdaşlıgın inkişaf etdirilməsi məqsədilə Tərəflər, onların səlahiyyət sahələrindəki tapşırıqlara, fəaliyyətlərə və niyyətlərə əsaslanan sənədlərin, xüsusilə ayrı-ayrı hallarda sorğular əsasında qanunvericilik və məhkəmə qərarlarının mətnlərinin mübadiləsini dəstəkləyirlər.

Ədalət mühakiməsi sahəsində tədris üzrə əməkdaşlığın təşviqi məqsədilə Avstriya Respublikasının Federal Ədliyyə Nazirliyi Azərbaycan Ədliyyə orqanlarının əməkdaşını Avstriyaya çoxhəftəlik səfərə dəvət edəcəkdir. Bu səfərin məqsədi hakimlərin tədrisinin əsaslarının öyrədilməsidir. Bu niyyətin həyata keçirilməsi məqsədilə alman dilində lazımi məlumatların çatdırılmasını təmin edə bilmək üçün bu dili yaxşı bilən Azərbaycan Respublikasının Ədliyyə məmuru seçiləcəkdir.

Azərbaycanın Ədliyyə Nazirliyi qarşılıqlı razılığa əsasən ölkənin hüquq sistemi ilə tanışlıq və təcrübə mübadiləsinin təşvigi məqsədilə Avstriya Federal Ədliyyə Nazirliyinin nümayəndəsini qəbul edəcəkdir.

Maddə 3

Maddə 1 və Maddə 2-də göstərilən niyyətlərin gercəkləşdirilməsi kadr, təşkilati və büdcə imkanları çərçivəsində həyata keçiriləcəkdir.

Maddə 4

Bu Memorandum heç bir əlavə hüquqi öhdəliklər yaratmır və hər iki dovlətin milli qanunvericiliyinə uyğun qaydada quvvəyə minir.

- Tərəflərin səlahiyyətlərini və milli qanunvericilikləri nəzərə alaraq,

Memorandum iki nusxədə, Azərbaycan və alman dillərində imzalanır. Hər iki mətn eyni quvvəyə malikdir.

Bakı şəhərində 19 sentyabr 2003-cü il tarixdə imzalanmışdır.


Fikrət Məmmədov
Azərbaycan Respublikasının
Ədliyyə Naziri

Dr. Diter Bomdorfer
Avstriya Respublikasının
Federal Ədliyyə Naziri

Keçidlər