X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Moldova Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 26 oktyabr 2004-cü il tarixdə Bakı şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
Moldova Respublikasının Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında
S A Z İ Ş

 

Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Moldova Respublikasının Ədliyyə Nazirliyi, dövlətlər arasında ərəfdaşlıq münasibətlərini dərinləşdirməyi və inkişaf etdirməyi arzu edərək, cəmiyyətin həyatında ədliyyə orqanlarının rolunun vacibliyini dərk edərək,hüquqi sahədə, ədliyyə, ədalət mühakiməsinin həyata keçirilməsi, cinayət əməllərinin və digər hüquq pozuntularının qarşısının alınması və onlarla mübarizədə fəaliyyət sahəsində bilik və təcrübə mübadiləsinin Razılığa gələn hər iki Tərəfin maraqlarına cavab verdiyini qeyd edərək, Razılığa gələn Tərəflərin dövlətlərinin beynəlxalq öhdəliklərini, milli qanunvericiliyini nəzərə alaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Razılığa gələn Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı həyata keçirəcək və təcrübə mübadiləsinə köməklik edəcəklər:

  1. hüquqi informasiya;
  2. ədliyyə nazirliklərinin və ədliyyə orqanlarının işinin təşkili;
  3. ədliyyə işçilərinin ixtisasının artırılması;
  4. qanun layihələrinin işlənib hazırlanmasında və onlara rəy verilməsində qarşılıqlı yardım;
  5. hüquqi aktların konsepsiyalarının hazırlanması və onların həyata keçirilməsinin təmin olunması;
  6. ədliyyə idarələrinin və onlarla bağlı sahələrin informasiyalaşdırılması;
  7. Razılığa gələn Tərəflərin məqsəd və məramlarına cavab verən digər istiqamətlər.
Maddə 2

Razılığa gələn Tərəflər bu Sazişdə təsbit olunmuş əməkdaşlıq niyyətlərinin həyata keçirilməsi məqsədilə ədliyyə sahəsində elmi və idarəçilik dialoqunun müxtəlif formalarının təmin olunmasına yönəldilmiş əməkdaşlıq proqramları hazırlayacaqlar.

Maddə 3

Razılığa gələn Tərəflər zərurət olduqda əməkdaşlıq məsələlərinin həlli, əməkdaşlıq proqramlarının hazırlanması və onların həyata keçirilməsinə yekun vurulması məqsədilə ekspert və işçi qrupları yaradacaqlar.

Maddə 4

Razılığa gələn Tərəflər hər iki ölkənin ədliyyə orqanları arasında birbaşa əlaqələr və təcrübə mübadiləsi üçün şərait yaradacaqlar.

Maddə 5

Razılığa gələn Tərəflər hər iki ölkə üçün maraq kəsb edən məsələlər üzrə məsləhətləşmə, seminar və elmi konfransların təşkilinə köməklik göstərəcəklər.

Maddə 6

Razılığa gələn Tərəflər hər iki Tərəf üçün maraq kəsb edən məsələlərin öyrənilməsi ilə bağlı mütəxəssis və nümayəndə heyətlərinin mübadiləsinə köməklik göstərəcəklər.

Maddə 7

Razılığa gələn Tərəflər əməkdaşlığı həyata keçirərkən hər iki ölkə üçün məqbul olan dildən istifadə edəcəklər.

Maddə 8

Bu Saziş çərçivəsində həyata keçirilən tədbirlərin maliyyələşdirilməsində Razılığa gələn Tərəflər onların təşkili və nümayəndə heyətlərinin qəbul edən ölkənin ərazisində qalma xərclərini qəbul edən Tərəfin, hər iki başa nəqliyyat xərclərini isə göndərən Tərəfin ödəməsi prinsipinə əsaslanacaqlar.

Maddə 9

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən dəyişikliklər və əlavələr edilə bilər.

Qeyd olunan protokollar Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.

Maddə 10

Bu Saziş qeyri-müəyyən müddətə bağlanır və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların Tərəflərlə yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfə yazılı bildiriş göndərmək yolu ilə Sazişi ləğv edə bilər. Saziş belə bildirişin alındığı gündən altı ay keçdikdən sonra öz qüvvəsini itirir.

Bakı şəhərində " 26 " oktyabr 2004-cü il tarixdə iki əsl nüsxədə, hər biri Azərbaycan, moldovan və rus dillərində imzalanmışdır, bütün mətnlər autentikdir.

Bu Sazişin müddəalarının təvsirində fikir ayrılığı yarandığı halda Razılığa gələn Tərəflər rus dilində olan mətndən istifadə edəcəklər.


Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi adından

Moldova Respublikasının
Ədliyyə Nazirliyi adından

Keçidlər