X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İtaliya Respublikasının Ədliyyə Nazirliyi arasında əməkdaşliq haqqinda Anlaşma Memorandumu - 25 fevral 2005-ci il tarixdə Roma şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və
İtaliya Respublikasının Ədliyyə Nazirliyi
arasında əməkdaşlıq haqqında
A N L A Ş M A     M E M O R A N D U M U

 

Bundan sonra "Tərəflər" adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İtaliya Respublikasının Ədliyyə Nazirliyi, İki Nazirlik arasında daha da sıx əməkdaşlıq qurulmasının səmərəliyini dərk edərək, İkitərəfli əməkdaşdığın genişləndirilməsi və gücləndirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

İki Nazirlik aşağıdakı sahələrdə əməkdaşlığı həyata keçirəcəklər:

  1. qanunvericilik,
  2. ədələt mühakiməsinin həyata keçirilməsi;
  3. məhkəmə orqanlarının və həbsxana administrasiyasının fəaliyyəti;
  4. Ədliyyə sistemi üzvlərinin və ədliyyə orqanlarında çalışan digər işçilərin peşə təlimi;
  5. məhkəmə fəaliyyəti, həmçinin onların səlahiyyətlərinə aid olan digər sahələr üzrə informasiya və məlumat mübadiləsi;
  6. Bu məqsədlə onlar aşağıdakıları təşviq edirlər:

    1. qanunvericilik aktlarının, hüquqi və səlahiyyət dairəsində olan fəaliyyət və ya strukturlarla bağlı olan digər sənədlərin mübadiləsi;
    2. həm mülki, həm cinayət işlərində Tərəflərin münasibətlərini tənzimləyən hüquqi əməkdaşlıq üzrə sənədlərin və təcrubənin təkmilləşdirilməsi və inkişafı.

Tərəflərin prioritetləri aşağıdakıları əhatə edir:

  • azadlıqdan məhrum edilmiş məhkumların, hətta onların razılığı olmadıqda, cəza çəkmək üçün vətəndaş olduqları ölkəyə verilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsi;
  • Aşağıdakı sahələrdə qanunvericilik və hüquqi yardım üzrə əməkdaşlıq növlərinin həyata keçirilməsi: terrorçuluq, mütəşəkkil cinayətkarlıq, insan prekursorlarının qeyri-qanuni dövriyyəsi, korrupsiya və kibercinayətlər, insan hüqularının müdafiəsi, yetkinlik yaşına çatmamışlar arasında cinayətkarlığın qarşısının alınması və ətraf mühitin qorunması, transmilli mütəşəkkil cinayətkarlıq, pulların yuyulması və insanların qaçaqmalçılığı;
  • Qanunsuz yolla əldə edilmiş gəlirlərin izlənməsi, götürülməsi və müsadirəsinə dair hüquqi yardım üzrə xüsusi sənədlərin müəyyən edilməsi;
  • Mülkü işlər və xüsusən mübahisələrin arbitrac qərarları vasitəsi ilə həll edilməsi üzrə hüquqi yardımın təşviqinə yönəlmiş sənədlərinin müəyyən edilməsi;
Maddə 2

Hər iki Nazirlik 1-ci bənddə göstərilən əməkdaşlığı təşkil və təşviq etmək səlahiyyətinə malik olan təşkilatlarla əlaqə yaradır və fəaliyyət göstərdikləri müvafiq sahələrdə qanunun hazırlanmasına və tədbiqinə səy göstərirlər.

Maddə 3

Məhkəmə sahəsinə gəldikdə, Tərəflər əməkdaşlığın ən səmərəli formalarını, o cümlədən hüquqi sənədlərin, statistik məlumatların və İnformasiya Texnoloqiyaları sahəsində təcrübə mübadiləsini, hətta təcrübədə hakimlərin, prokurorların və digər ədliyyə işçilərinin tədrisi, həmçinin tədrisə məsul olan milli qurumlara yardım təşkil edirlər.

Maddə 4

Tərəflər yuxarıda qeyd olunan sahələr və maraq kəsb edən məsələlər üzrə normativ aktların hazırlanmasında məsləhətləşmələr aparır və qarşılıqlı yardım göstərirlər. Bu məqsədlə onlar muvafiq sənədlərin hazırlanmasına məsul olan ekspertlərin qarşılıqlı səfərlərini təşkil edirlər.

Maddə 5

Tərəflər ümumi mövqeyə nail olmaq üçün, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə bütün beynəlxalq forumlarda məsləhətləşmələr aparırlar. Səsvermə olduqda, onlar qarşılıqlı dəstək verməyi üzərlərinə götürürlər.

Maddə 6

Bu Memorandum Tərəflər arasında əməkdaşlığı məhdudlaşdırmır.

Bu Memorandum əməkdaşlığın qarşılıqlı qəbul edilmiş digər istiqamətlərinin və formalarının inkişafına maneə törətmir. Bu Memorandum imzalandığı tarixdən qüvvəyə minir və hər iki Tərəf onu ləğv edə bilər.

Roma şəhərində, " 25 " fevral 2005-ci il tarixdə, iki nüsxədə, hər biri Azərbaycan, italyan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.


Azərbaycan Respublikasının
Ədliyyə naziri
Fikrət MƏMMƏDOV

İtaliya Respublikasının
Ədliyyə naziri
Roberto KASTELLİ

Keçidlər