X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 20 noyabr 2006-ci il tarixdə Əbu-Dabi şəhərində imzalanmışdır

AZƏRBAYCAN RESPUBLİKASININ ƏDLİYYƏ NAZİRLİYİ VƏ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN ƏDLİYYƏ NAZİRLİYİ ARASINDA ƏMƏKDAŞLIQ HAQQINDA
ANLAŞMA MEMORANDUMU

 

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Ədliyyə Nazirliyi, Hüquq və məhkəmə sahələrində əməkdaşlığın bərqərar olunmasına, inkişafına və möhkəmlənməsinə mühüm əhəmiyyət verərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Əməkdaşlığa nail olmaq üçün Tərəflər aşağıdakı istiqamətlərə üstünlük verəcəklər:

  1. Tətbiq edilən qanunların, nəşrlərin, ədəbiyyatın, ədliyyə və hüquq sahələrində elmi tədqiqatların, hüquqi jurnalların, o cümlədən hər iki Tərəfin ədliyyə sistemi haqqında məlumatların mübadiləsi.
  2. Hər iki Tərəfdə təşkil olunan hüquq və ədliyyə sahələrinə aid olan konfrans, simpozium və seminarlarda iştirak.
  3. Qanunvericilik və ədliyyə sahələrində yeniliklərin öyrənilməsi məqsədi ilə ədliyyə nümayəndə heyətlərinin səfərlərinin təşviqi.
  4. Hər iki Tərəfdə təşkil olunan təlim kurslarında iştirak.
Maddə 2

Bu Anlaşma Memorandumu Tərəflər arasında əməkdaşlığı təşviq etmək üçün ədliyyə sahəsində əməkdaşlıq haqqında digər Sazişlərin bağlanmasına mane olmur.

Maddə 3

Yazışma və əlaqələr sorğu edən Tərəfin dilində həyata keçirilir və ingilis dilində olan tərcümə ilə müşayiət olunur.

Maddə 4

Hər bir Tərəf digər Tərəfə göndərilə bilən öz nümayəndə heyətinin mehmanxana və yol xərclərini ödəyir.


Maddə 5

Bu Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minir və üç il müddətinə qüvvədə qalır və hər bir Tərəf istənilən vaxt yazılı şəkildə diplomatik kanallar vasitəsilə üç ay əvvəlcədən bildiriş göndərməklə onu ləğv etməzsə, avtomatik olaraq həmin müddətə və ya müddətlərə uzadılır. Lakin bu Anlaşma Memorandumunun ləğvi onun qüvvədən düşməsindən əvvəl başlanılmış işlərə təsir göstərmir.

Bunun təsdiqi olaraq aşağıda imza edənlər, onların hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilərək bu Memorandumu imzaladılar.

Əbu Dabi şəhərində 20 noyabr 2006--cı ildə Azərbaycan, ərəb və ingilis dillərində olan nüsxələrdə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Memorandumun təfsiri ilə bağlı fikir ayrılığı yarandıqda ingilis dilində olan mətnə üstünlük veriləcəkdir.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi adından

Nazir
Fikrət Məmmədov

Birləşmiş Ərəb Əmirliklərinin
Ədliyyə Nazirliyi adından

Nazir
Mohammed Bin Nakhira
Al Dhaheri

Keçidlər