X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu - 30 iyul 2007-ci il tarixdə Əmman şəhərində imzalanmışdır

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu

 

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və İordaniya Haşimilər Krallığının Ədliyyə Nazirliyi hüquq və məhkəmə sahələrində əməkdaşlığın bərqərar olunmasına, inkişafına və möhkəmlənməsinə böyük maraq göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Əməkdaşlığa nail olmaq üçün Tərəflər aşağıdakı istiqamətlərə üstünlük verəcəklər:

  1. Tətbiq edilən qanunların, nəşrlərin, ədliyyə və hüquq sahələrində ədəbiyyatın və elmi tədqiqatların, hüquqi jurnalların, o cümlədən hər iki Tərəfin ədliyyə sistemi haqqında məlumatların mübadiləsi.
  2. Hər iki Tərəfdə təşkil olunan hüquq və ədliyyə sahələrinə aid olan konfrans, habelə simpozium və seminarlarda iştirak.
  3. Qanunvericilik və ədliyyə sahələrində yeniliklərin öyrənilməsi məqsədi ilə ədliyyə nümayəndə heyətlərinin səfərlərinin təşviqi.
Maddə 2

Bu Anlaşma Memorandumu Tərəflər arasında əməkdaşlığı təşviq etmək üçün ədliyyə sahəsində əməkdaşlıq haqqında digər Sazişlərin bağlanmasına mane olmur.

Maddə 3

Yazışma və əlaqələr sorğu edən Tərəfin dilində həyata keçirilir və ingilis dilində olan tərcümə ilə müşayiət olunur.

Maddə 4

Hər bir Tərəf digər Tərəfə göndərilə bilən öz nümayəndə heyətinin mehmanxana və yol xərclərini ödəyir.

Maddə 5

Bu Anlaşma Memorandumu hər iki Tərəfin milli qanunvericiliyinə uyğun qaydada qüvvəyə minir və üç il müddətinə qüvvədə qalır və hər bir Tərəf istənilən vaxt yazılı şəkildə diplomatik kanallar vasitəsilə üç ay əvvəlcədən bildiriş göndərməklə onu ləğv etməzsə, avtomatik olaraq həmin müddətə və ya müddətlərə uzadılır. Lakin bu Anlaşma Memorandumunun ləğvi onun qüvvədən düşməsindən əvvəl başlanılmış işlərə təsir göstərmir.

Bunun təsdiqi olaraq aşağıda imza edənlər, onların hökumətləri tərəfindən lazımi qaydada səlahiyyətləndirilərək, bu Memorandumu imzaladılar. Bu Anlaşma Memorandumu Əmman şəhərində 30 iyul 2007-ci il tarixində Azərbaycan, ərəb və ingilis dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Memorandumun təfsiri ilə bağlı fikir ayrılığı yarandıqda, ingilis dilində olan mətn əsas götürüləcəkdir.


Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi adından

İordaniya Haşimilər Krallığının
Ədliyyə Nazirliyi adından

Keçidlər