X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı dekabr ayının 19-da keçiriləcək

07.12.2015

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulu başa çatıb.

Müraciət etmiş namizədlərlə test imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə aşkarlıq şəraitində dekabr ayının 19-da saat 12.00-da vahid auditoriyada - Bakı İdman Zalında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) keçiriləcəkdir...

Ətraflı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı ərizələrin qəbulu müddəti uzadılıb

12.11.2015

Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq cari ilin oktyabr ayında elan edilmiş növbəti açıq müsabiqə üzrə ərizələrin qəbulunun 14 noyabr 2015-ci il tarixinədək həyata keçirilməsi nəzərdə tutulub.

Bununla belə, müsabiqədə iştirak etmək arzusunda olan bütün hüquqşünaslara geniş imkan yaradılması məqsədilə ərizələrin qəbulu müddətinin uzadılması və 1 dekabr 2015-ci il tarixində başa çatdırılması qərara alınıb...

 

Ətraflı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir

13.10.2015

Ədliyyə Nazirliyinin kadr korpusunun yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik yeni nəsil ədliyyə işçiləri ilə komplektləşdirilməsi məqsədilə görülən ardıcıl tədbirlərin davamı olaraq hazırda Müsabiqə Komissiyası qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edir...

Ətraflı

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulmuşdur

12.05.2015

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirir ki, sayca on ikinci müsabiqə üzrə test imtahanından uğurla keçmiş və qanunvericiliyin tələblərinə cavab verən 127 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində söhbət aparılmışdır...

Ətraflı

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir

02.05.2015

Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir...

Ətraflı
Keçidlər