X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

Azərbaycan ədliyyəsi inkişaf yolunda



22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü ölkəmizdə geniş şəkildə qeyd edilir. Bu münasibətlə müxbirimiz Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli Dövlət ədliyyə müşaviri Toğrul Musayevdən müsahibə alıb.

Toğrul müəllim, Sizi və bütün ədliyyə işçilərini peşə bayramı günü münasibətilə təbrik edirik. İstərdik ki, ilk öncə Azərbaycan ədliyyəsinin zəngin tarixi, cəmiyyətdə onun aparıcı rolu barədə oxucularımıza məlumat verəsiniz.

Sağ olun. Bu gün ədliyyə işçiləri öz peşə bayramlarını yüksək əhvali-ruhiyyə və sevinc hissi ilə qeyd edirlər. Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən ədliyyə orqanlarının mü