X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qeydiyyat və notariat baş idarəsində Avropa Şurasının nümayəndələri ilə görüş keçirilmişdir

20.04.2012

Cari ilin aprelin 20-də Ədliyyə Nazirliyində Avropa Şurasının Bakı Ofisi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunmuş seminarda iştirak etmək məqsədilə Bakıda səfərdə olmuş Avropa Şurasının ekspertləri Yuta Qutzkou (Avropa Şurası Demokratiya Baş Direktoratının Vətəndaş Cəmiyyəti şöbəsinin müdiri), Tsiril Riçi (Beynəlxalq Qeyri-Hökumət Təşkilatları Konfransının QHT qanunvericiliyi üzrə və Ekspert şurasının sədri) və Ceremi Makbrayd (Ekspert şurasının üzvü və Azərbaycan üzrə rəyin müəllifi) ilə görüş keçirilmişdir...

Ətraflı

Vərəsəlik hüququnun rəsmiləşdirilməsi təcrübəsinin ümumiləşdirilməsinə dair seminar keçirilmişdir

30.11.2011

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Qeydiyyat və notariat baş idarəsinin İş planına əsasən 2011-ci ilin I yarımilində Bakı şəhərinin və respublikanın rayon (şəhər) notariat kontorlarında vərəsəlik işlərinin rəsmiləşdirilməsi təcrübəsi öyrənilərək, ümumiləşdirilmişdir.

Ətraflı

Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilmişdir

15.08.2011

Ədliyyə Nazirliyinin kollegiya iclasında ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası, habelə ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur...

Ətraflı

Sumqayıt şəhərində Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri ilə əlaqədar müşavirə keçirilmişdir

28.06.2011

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel və 2011-ci il 15 fevral tarixli fərmanlarına əsasən Ədliyyə Nazirliyi tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formalaşdırılması üzrə işlər davam etdirilməkdədir.

Ətraflı

Almaniya ilə hüquqi əməkdaşlıq çərçivəsində notariuslar üçün seminarlar keçirilmişdir

23.05.2011

Qabaqcıl Avropa dövlətləri ilə hüquqi əlaqələrin inkişafına böyük önəm verilərək, 2009-cu ildə Almaniya federal ədliyyə nazirinin dəvəti ilə ədliyyə naziri Fikrət Məmmədov bu ölkədə səfərdə olmuş, Ədliyyə nazirlikləri arasında hüquqi əməkdaşlığa dair Birgə Bəyanat imzalanmışdır. Bəyanatın implementasiyası ilə bağlı Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun direktorunun ölkəmizə səfəri zamanı konkret tədbirlərə, o cümlədən notariusların Almaniyada təcrübə keçməsinə dair müzakirələr aparılmışdır...

Ətraflı
Keçidlər