X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmizdə uşaq hüquqları etibarlı təmin olunur

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə fəaliyyət müddəti başa çatan UNICEF-in Azərbaycandakı nümayəndəsi xanım Hanaa Sinqer ilə görüşmüşdür.

Respublikamızda insan haqlarının, o cümlədən uşaq hüquqlarının etibarlı təmin olunması üzrə məqsədyönlü tədbirlərin aparıldığını və bu işdə BMT-nin Uşaq Fondu – UNICEF-lə səmərəli əməkdaşlığı qeyd edən nazir Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi, yuvenal ədliyyənin təşəkkülü və inkişafına xüsusi diqqət yetirildiyini söyləmiş, bununla bağlı həyata keçirilən layihələrdə xanım H.Singerin xidmətlərini vurğulayaraq, təşəkkürünü bildirmişdir.

Ölkəmizlə mehriban tərəfdaşlıq münasibətləri şəraitində səmərəli əməkdaşlıq etdiyini bildirən H.Singer uşaq hüquqlarının təşviqi üzrə dövlətimizin əldə etdiyi nailiyyətlərlə bir çox dövlətləri qabaqladığını, Azərbaycanın bu sahədəki təcrübəsinin region dövlətlər üçün nümunə olduğunu qeyd etmişdir. Qonaq Ədliyyə Nazirliyi ilə yaradılmış qarşılıqlı işgüzar əlaqələri və fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirmiş, ölkəmizdən ən xoş təəssüratlarla ayrıldığını bildirmişdir.

Keçidlər