X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan – Səudiyyə Ərəbistanı: hüquqi əməkdaşlıq genişlənir

İki ölkə arasında hüquqi yardım və əməkdaşlığa dair sənəd layihələrinin razılaşdırılması məqsədilə Səudiyyə Ərəbistanı Krallığı Ədliyyə Nazirliyinin Məhkəmə işləri üzrə agentliyinin rəisi - nazir müavini Abdulla bin Saleh əl-Hədisin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

Səfər zamanı mülki və ticarət işləri üzrə məhkəmə və ədliyyə əməkdaşlığı haqqında dövlətlərarası Müqavilə, habelə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş layihələri üzrə danışıqlar aparılaraq müvafiq razılaşma protokolu imzalanmışdır.

Qonaqlar həmçinin ölkəmizin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.

Respublikamızın Səudiyyə Ərəbistanı Krallığı ilə əlaqələrin genişləndiyini bildirən nazir ölkələrimiz arasında mövcud müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin hər iki tərəf üçün faydalı olduğunu, razılaşdırmaya çıxarılan sənədlərin imzalanmasının ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyini vurğulamışdır.

Ölkələrarası münasibətlərin tarixi köklərə bağlı olduğunu bildirən qonaq qardaş Azərbaycanda baş verən sürətli iqtisadi inkişafı, mütərəqqi hüquqi islahatları qeyd edərək ikitərəfli əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışmış, bu məsələyə xüsusi önəm verildiyini söyləmişdir.

Sonra qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

Səfər çərçivəsində həmçinin, nümayəndə heyəti Ali Məhkəmədə, Məhkəmə-Hüquq Şurasında və Hakimlərin Seçki Komitəsində görüşlər keçirmiş, ölkəmizdə hakimlərin seçki prosedurunun mütərəqqiliyindən heyran qaldıqlarını bildirmişlər.

Keçidlər