X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi maraqların ifadə edilməsinə dair bildiriş

Maraqların ifadə edilməsi üçün hazırki sorğu DG-market on-line jurnalında 21 may 2007-ci il tarixdə bu layihə üçün dərc olunmuş satınalma üzrə ümumi bildiriş elanının davamıdır.

Azərbaycan Respublikası Höküməti Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsinin (ƏSML) hazırlanması üçün Beynəlxalq İnkişaf Assosiyasiyasından kredit almışdır və bu vəsaitin bir hissəsini layihə çərçivəsində satın alınacaq məsləhət xidmətlərinə - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin veb-səhifəsinin yaradılmasına - xərcləmək məqsədi ilə ixtisaslaşmış məsləhətçi şirkətlərin xidmətlərindən istifadə etmək niyyətindədir.

Tapşırığın məqsədi Ədliyyə Nazirliyi Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin veb-səhifəsinin yaradılmasıdır.

Marağı olan şirkətlər aşağıdakı tələblərə cavab verməlidir:

  • Veb-səhifələrin hazırlanması sahəsində ən azı 2 (iki) illik təcrübə;
  • Məsləhətçi şirkət müvəffəqiyyətlə icra olunmuş ən azı 3 (üç) oxşar layihə barəsində məlumat təqdim etməlidir.
  • Tapşırığın yerinə yetirilməsi üçün ixtisaslı işçi heyətinə malik olmalıdır.

Məsləhətçilərin seçimi Dünya Bankının hazırda qüvvədə olan “Dünya Bankından Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi” təlimat kitabçasında əks olunmuş Məsləhətçi ixtisaslaşması (CQ) satınalma üsulu əsasında həyata keçiriləcək.
Maraqların ifadə edilməsi üçün sənədlərin son təqdim etmə tarixi: 09 iyun 2008-ci il saat 17:00-dək.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin
Təşkilat –Nəzarət Baş İdarəsi
Əlaqələndirici şəxs: Ramin Qurbanov,
əlaqə telefonu 510-85-59/60 faks 510-76-72,
Email: office_jmp@justice.gov.az; 
Az1073,Bakı şəhəri, İnşaatçılar prospekti, 1.

Keçidlər