X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində Avropa Şurasının həmməruzəçiləri ilə görüş

Ölkəmizdə səfərdə olan Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova mayın 19-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşlər.

Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirən nazir ədliyyə sisteminin inkişaf etdirilməsi, o cümlədən penitensiar xidmətin fəaliyyətinin qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi - məhbuslara göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, saxlanma şəraitinin yaxşılaşdırılması, bu sahəyə ictimai nəzarətin gücləndirilməsi, habelə yeni müasir cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanasının inşası barədə ətraflı məlumat vermişdir.

Cəzaçəkmə müəssisələrinə baş çəkilməsi üçün hər cür şərait yaradıldığına görə təşəkkürlərini bildirən qonaqlar, ölkəmizdə aparılan islahatlardan xəbərdar olduqlarını, Avropa Şurası ilə qarşılıqlı fəaliyyətin genişləndirlməsinin əhəmiyyətini qeyd etmişlər.

Söhbət zamanı insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunması, onlarla davranışa, vicdan azadlığına dair, habelə qeydiyyat məsələləri ilə bağlı faydalı fikir mübadiləsi aparılmış, mövcud qanunvericiliyin daha da təkmilləşdirilməsi və digər maraq doğuran suallara aydınlıq gətirilmişdir.

Keçidlər