X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Korrupsiyaya qarşı mübarizə diqqət mərkəzindədir

Dövlətin sosial-iqtisadi inkişafında korrupsiyanın mühüm əngəl olması nəzərə alınaraq, bu ümumbəşəri sosial bəla ilə mübarizə ölkəmizdə ön plana çəkilmiş, həmin sahədə kompleks tədbirlər müəyyən edilmişdir.

Korrupsiyaya qarşı mübarizənin beynəlxalq əməkdaşlıq çərçivəsində daha səmərəli olması ilə əlaqədar Azərbaycan bu sahədə bütün əsas konvensiyalara qoşulmuş, korrupsiyaya qarşı beynəlxalq təşkilatların fəal iştirakçısına çevrilmiş, o cümlədən ölkəmizin ədliyyə naziri, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti seçilmişdir.

140 ölkəni əhatə edən Assosiasiyanın işində Azərbaycanın fəal iştirakı, habelə ölkəmizin sürətli inkişafı nəzərə alınaraq, təşkilat tərəfindən bu qurumun rəhbər orqanının İcraiyyə Komitəsinin iclasının martın 31-də Bakıda keçirilməsi nəzərdə tutulur.

İclasda iştirak etmək üçün 15 dövlətin məsul nümayəndələrinin, o cümlədən prokurorluq orqanlarının və antikorrupsiya qurumlarının rəhbərlərinin Azərbaycana səfəri gözlənilir.

Eyni zamanda aprelin 1-də Bakıda korrupsiyaya qarşı mübarizə üzrə təcrübə mübadiləsinə dair beynəlxalq konfrans keçiriləcəkdir. Müxtəlif dövlətlərin müvafiq məsul vəzifəli şəxslərinin və nüfuzlu beynəlxalq mütəxəssislərin qatılacağı tədbirdə mütəşəkkil cinayətkarlığın bu təhlükəli növü ilə səmərəli mübarizə vasitələri ilə bağlı məsələlər müzakirə ediləcəkdir.

Keçidlər