X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Məlumat verildiyi kimi Azərbaycan Respublikası Prezidentinin ədliyyə orqanlarının inkişafına dair Fərmanına uyğun olaraq və Notariat haqqında Azərbaycan Respublikası Qanununun icrası məqsədilə peşəkar notarius korpusunun şəffaf prosedurlarla formalaşdırılması üzrə tədbirlər görülür.

Notarius olmaq arzusunda olan 336 namizədlə aşkarlıq şəraitində, yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilmiş test imtahanı zamanı 22 nəfər müvafiq bal toplayaraq müsahibə mərhələsinə buraxılmışlar.

İxtisas Komissiyası tərəfindən keçirilmiş müsahibənin nəticələrinə görə 5 namizəd müvəffəqiyyət qazanaraq Notariat haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən notarius yanında 6 aylıq təcrübəyə buraxılmışlar.

Müsahibəyə dair ətraflı məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) xüsusi lövhədə yerləşdirilmişdir.

Notarius olmaq istəyən şəxslərə xatırladılır ki, imtahan verilməsi üçün yenidən sənədlərin qəbulu 2008-ci ilin yanvar ayının 10-dan başlamış və 2 ay müddətində davam edəcəkdir.

  1. Hacıyev Hünər Zabil oğlu
  2. Qasımova Aytəkin Eldar qızı
  3. Mahmudov Ayaz Akif oğlu
  4. Məmmədov Ceyhun Bəşir oğlu
  5. Səfərov Elşən Zakir oğlu

Keçidlər