X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hakimliyə namizədlərin tədrisi diqqət mərkəzindədir

Ölkəmizdə həyata keçirilən məhkəmə islahatının əsas məqsədi qanunun aliliyinin, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan haqlarının təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət mexanizimində nüfuzlu və müstəqil bir təsisat kimi təşəkkül tapmasıdır.

Bu sahədə dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər çərçivəsində hakimliyə namizədlərin beynəlxalq standartlara uyğun, tam şəffaf prosedurlarla seçimi keçirilmiş və imtahanlarda müvəffəqiyyət qazanmış 102 nəfər hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələri üçün yarım illik tədris kursuna cəlb edilmişlər. Kurs zamanı Avropa Şurası, ATƏT, ABACEELİ və digər nüfuzlu beynəlxalq təşkilatların dəstəyi ilə yüksək səviyyəli beynəlxalq ekspertlərin mühazirə və məşğələləri təşkil olunmuşdur.

Eyni zamanda Məhkəmə-Hüquq Şurası tərəfindən Türkiyənin aidiyyəti orqanları ilə səmərəli əməkdaşlıq nəticəsində ölkəmiz üçün aktual olan mövzular üzrə hakimliyə namizədlərlə xüsusi kurs keçirilməsi, bu məqsədlə türkiyəli mütəxəssislərin Azərbaycana səfəri barədə razılıq əldə edilmişdir.

Bu günlərdə Türkiyə Respublikası Ali Məhkəməsinin hakimi, ölkənin Ədliyyə Akademiyasının yüksək ixtisaslı müəllimi Əhməd Toker Azərbaycana səfərə gəlmiş və Məhkəmə-Hüquq Şurasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi təcrübəsi, beynəlxalq terrorçuluğa qarşı mübarizənin hüquqi əsasları, hakimlərin deantologiya məsələləri və s. mövzular üzrə hakimliyə namizədlər üçün xüsusi kursların keçirilməsinə başlanmışdır.

Tədbir çərçivəsində türkiyəli qonaq Hakimlərin Seçki Komitəsində, apellyasiya və ali məhkəmədə, Ədliyyə Nazirliyində qəbul edilmiş, hakimlərlə görüşlər keçirilərək səmərəli fikir mübadilələri aparmışdır. 

Keçidlər