X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Yanvarın 7-də notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən namizədlərlə bağlı İxtisas Komissiyasının növbəti iclası keçirilmişdir.

İclasda test imtahanında müvəffəqiyyət qazanmış 22 namizədlə müsahibənin keçirilməsinə dair məsələlər ətraflı müzakirə edilmişdir.

Bundan əlavə iclasda müsahibənin keçirilməsinə yanvar ayının ortalarından başlanılması qərara alınmışdır.

Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) keçiriləcək müsahibəyə dəvət edilən hər bir namizədə müsahibənin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.

Keçidlər