X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Əhaliyə göstərilən hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə notariat işinin təkmilləşdirilməsi üçün yüksək peşə biliklərinə malik olan kadr korpusunun formalaşdırılmasının əhəmiyyəti nəzərə alınaraq notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin şəffaf prosedurlarla seçilməsi üzrə tədbirlər davam etdirilir.

Notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamə almaq istəyən namizədlər Notariat haqqında Azərbaycan Respublikası Qanununun və Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin keçirilməsi qaydasının tələblərinə uyğun olaraq seçiləcəkdir.

Qaydalara əsasən namizədlərlə yazılı imtahan (test üsulu ilə) və müsahibə keçirilir. İmtahan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər notarius yanında altı ay müddətinə təcrübəyə buraxılırlar.
Təcrübəni bitirmiş namizədlərlə ixtisas komissiyası tərəfindən notariat fəaliyyəti üzrə peşə hazırlığına dair müsahibə aparılacaqdır.

Qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları sənədlərini 2008-ci il yanvarın 10-dan başlayaraq iki ay müddətinə bütün iş günləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti, 1) təqdim edə bilərlər.

Tələb olunan sənədlərin siyahısı, imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi qaydaları ilə nazirlikdə, və ya 497-63-74, 497-63-67 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq olar. 

Keçidlər