X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər

Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 13 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmişdir

 

Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun və dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinə cavab verən şəxslər aşağıdakı sənədləri təqdim edirlər:

  • vahid forma üzrə ərizə;
  • kadrların uçotunun şəxsi vərəqəsi;
  • tərcümeyi-hal
  • ali təhsil haqqında sənədin (diplomun) notariat qaydasında təsdiq olunmuş surəti (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında tanınmaqla və ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
  • şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;
  • əmək kitabçasının notariat qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
  • sağlamlıq barədə Ədliyyə Nazirliyi tibb xidmətinin arayışı;
  • hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti, ərazi üzrə Hərbi Komissarlıqdan həqiqi hərbi xidmət keçmə və qeydiyyat haqqında sənəd;
  • ailə tərkibi haqqında arayış;
  • 4x6 sm ölçüdə 6 ədəd rəngli fotoşəkil.

Müraciət edən şəxs özünü xarakterizə edən başqa sənədləri də təqdim edə bilər. 

Qeyd: ərizə, kadrların uçotunun şəxsi vərəqəsi və tərcümeyi-hal blanklarını Ədliyyə Nazirliyindən götürmək olar. 

Keçidlər