X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notariat fəaliyyəti ilə məşğul olmaq üçün namizədlərlə test imtahanının vaxti təyin edilmişdir

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası bildirir ki, notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq istəyən namizədlərlə test imtahanı noyabr ayının 24-də saat 10.00-da Azərbaycan Kooperasiya Universitetinin binasında (Bakı şəhəri, N.Nərimanov küçəsi 8b ünvanında, Bakı Dövlət Cıdırının yanında) keçiriləcəkdir.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün namizədlər imtahan verilən binanın qarşısına imtahanın başlanmasına azı bir saat qalmış gəlməlidirlər.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni noyabr ayının 20-dən etibarən şəxsiyyət vəsiqəsini təqdim etməklə səhər saat 09-dan axşam saat 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürməlidirlər.

İmtahana namizədlər "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq. Əlavə məlumatı 497-63-74, 497-63-69 nömrəli telefonlarla müraciət etməklə almaq olar.

 

İmtahan keçiriləcək Azərbaycan Kooperasiya Universitetinə 11, 14, 47, 63, 71, 88, 116, 123, 132, 145, 179, 192, 203, 210, 214, 246, 271, 288, 307 və 998 nömrəli marşrutla hərəkət edən avtobuslarla gəlmək olar. 

Keçidlər