X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

E L A N

Məhkəmə-Hüquq Şurası İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasına münasibətdə hakimin seçilməsi məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən hakim assosiasiyalarını, Vəkillər Kollegiyasını, qeyri-hökumət təşkilatlarını və digər qurumları (şəxsləri) bu vəzifəyə namizəd irəli sürməyə dəvət edir.

Namizədlərin irəli sürülməsi zamanı aşağıdakı meyarlara diqqət yetirilməlidir:

  • İnsan hüquqları sahəsində, xüsusən İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə təcrübənin və biliklərin olması;
  • Avropa Şuraısının rəsmi dillərindən Fransız və ya İngilis dillərindən birini sərbəst bilməsi.

Namizədlər barədə məlumat Məhkəmə-Hüquq Şurasına 2007-ci il noyabr ayının 15-dək təqdim edilməlidir.

Ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə.
Əlaqə telefonu: 430-01-17

Keçidlər