X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş

Azərbaycanda səfərdə olan Avropa Komissiyasının nümayəndə heyəti oktyabrın 2-də Ədliyyə Nazirliyində olmuşdur.

Ölkəmizdə məhkəmə-hüquq islahatları çərçivəsində görülən məqsədyönlü tədbirlərdən danışan ədliyyə nazirinin müavini Toğrul Musayev ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş məhkəmə sisteminin müasirləşdirilməsi və ədliyyə orqanlarının inkişafı haqqında proqram xarakterli fərmanların əhəmiyyətini xüsusi qeyd etmiş, regionlarda apellyasiya və yeni iqtisad məhkəmələrinin, ədliyyə şöbələrinin, hüquqşünasların peşə hazırlığının artırılması məqsədilə Ədliyyə Akademiyasının yaradılmasının vacibliyini bildirmişdir.

Avropanın bir çox nüfuzlu təşkilatları ilə sıx əməkdaşlıq edən ölkəmizdə Avropa İttifaqının TACİS proqramı çərçivəsində ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin yaxşılaşdırılması üzrə layihələrin uğurla həyata keçirildiyi nazir müavini tərəfindən diqqətə çatdırılmışdır.

Azərbaycanda aparılan mütərəqqi hüquq islahatlarından xəbərdar olduqlarını bildirən nümayəndə heyətinin üzvləri bu istiqamətdə görülən intensiv işlər barədə təqdim olunmuş məlumatları böyük maraqla qarşılayaraq, Nazirliyin bu sahədə təşəbbüskarlığını təqdir etmiş, TACİS proqramını əvəz edəcək yeni TWİNİNQ və TAEX proqramları çərçivəsində ədliyyə fəaliyyətinə dair layihələrin də həyata keçirilməsinə maraqlı olduqlarını vurğulamış və hər cür yardım göstərilməsinə hazır olduqlarını bildirmişlər.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Keçidlər