X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Notarius vəzifəsinə namizədlərin sənədlərinin qəbulu davam edir

Məlumat verildiyi kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində cari ilin may ayının əvvəlindən notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən şəxslərin sənədlərinin qəbulu keçirilir.

Ötən müddət ərzində müxtəlif sahələrdə çalışan 500-ə yaxın hüquqşünas müsabiqədə iştirak etmək üçün müraciət etmişdir. Bütün namizədlərə Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq üçün imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi qaydası və digər aidiyyəti sənədlər təqdim olunmuş və müsabiqənin prosedurları barədə müvafiq izahlar verilmişdir.

Son vaxtlar müraciət edənlərin sayı minimuma endiyindən sənədlərin qəbulu avqust ayının 10-da başa çatdırılacaqdır.

İxtisas komissiyasına təqdim olunmuş sənədlər öyrənilib ümumiləşdirildikdən sonra imtahanın keçirilməsi tarixi müəyyən edilərək, bu barədə məlumat veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlər bunun üçün tələb olunan sənədlərin siyahısı, həmçinin imtahanın, təcrübənin və müsahibələrin keçirilməsi qaydaları barədə nazirlikdə, eləcə də 497-63-74, 497-63-67 nömrəli əlaqə telefonları vasitəsilə məlumat əldə edə bilərlər.

Keçidlər