X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyinin kollegiyasında

Fevralın 28-də Ədliyyə Nazirliyinin Kollegiya iclası keçirilmişdir.

İclası açan ədliyyə naziri Fikrət Məmmədov ədliyyə orqanlarının inkişafı haqqında dövlət başçısının 17 avqust 2006-cı il tarixli Fərmanı və digər müvafiq sərəncamları ilə bağlı nazirliyin kollektivi qarşısında duran vəzifələrin icrası üzrə görülən işlərdən danışaraq, struktur qurumlarının əsasnamə layihələrinin hazırlanması ilə əlaqədar işçi qrupunun fəaliyyəti barədə məlumat vermişdir. İşçi qrupunun ayrı-ayrı qurumlarla birgə hazırladığı əsasnamə layihələri iclasda geniş müzakirə edilmiş, təklif olunan düzəliş və əlavələr nəzərə alınmaqla kollegiya tərəfindən bəyənilmişdir.

İclasda, həmçinin, 30-a yaxın qeyri-hökumət təşkilatlarının qeydiyyata alınması barədə qərar qəbul edilmişdir.

Keçidlər