X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Yanvarın 24-də ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının növbəti iclası keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın məsul nümayəndəsinin iştirak etdiyi iclasda test imtahanında müvəffəqiyyət qazanmış 129 namizədlə söhbətin keçirilməsinə dair məsələlər ətraflı müzakirə edilmişdir.

İclasda müsabiqədə iştirak edən namizədlərlə Komissiya tərəfindən fərdi qaydada söhbət keçirilməsinə fevral ayının əvvəllərindən başlanılması qərara alınmışdır.

Qulluğa qəbul qaydalarına müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir. 

Keçidlər