X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ümummilli lider Heydər Əliyevin xatirəsi ədliyyə işçiləri tərəfindən anılmışdır

Ədliyyə işçiləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı dekabrın 12-də Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin banisi, görkəmli tarixi şəxsiyyət ulu öndərimizin xatirəsinə böyük ehtiramlarını bildirmiş, məzarı önünə əklil və tər çiçəklər qoymuşlar. Sonra Ədliyyə Nazirliyində ulu öndərimizin büstü önünə gül dəstələri qoyulmuş, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Nazirlikdə təşkil olunmuş anma mərasimində çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan xalqının taleyində misilsiz xidmətləri olan ümummilli liderimizin müasir dövlətçiliyimizin qorunması və inkişafında tarixi rolunu qeyd edərək, bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və titanik fəaliyyətinin indiki və gələcək nəsillərə nümunə olduğunu, işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmişdir. Nazir xüsusi vurğulamışdır ki, əbədiyaşar lider Heydər Əliyevin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illərdə həyatımızın bütün sahələrində qazanılan böyük nailiyyətlər ulu öndərin dövlətçilik ideyalarının təntənəsidir.

Mərasimdə iştirak edən xalq şairi, prezident təqaüdçüsü Zəlimxan Yaqub XX əsrin dünyaya bəxş etdiyi əbədiyaşar şəxsiyyət barədə ürək sözlərini söyləmiş, Heydər Əliyevə həsr etdiyi "Böyük ömrün dastanı" poemasından parçalar səsləndirmişdir.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Muzeyində böyük öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalarla tanış olmuş, Nazirliyin kinozalında ümummilli liderimizə həsr olunmuş filmə baxmışlar.

Keçidlər