X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublİkası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilsin:
Musayev Toğrul Sirac oğlu - Azərbaycan Respublİkası ədliyyə nazirinin müavini
Zahirov Vilayət Həsən oğlu - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.

2. Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Penitensiar Xidmətin rəisi Nazim Ramiz oğlu Ələkbərova ədliyyə general-mayoru hərbi rütbəsi verilsin.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş İdarəsinin rəisi Azər Məmməd oğlu Cəfərova III dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilsin. 

İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 20 noyabr 2006-cı il.

Keçidlər