X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hakimlərin seçki komitəsinin məlumatı

Hakimlərin Seçki Komitəsi bildirir ki, vakant olan hakim vəzifəsinə namizədlərlə test imtahanı oktyabr ayının 1-də Bakı İdman Sarayında saat 12:00-da, tam şəffaf şəraitdə, vahid auditoriyada keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan olunacaqdır.

Test sualları bilavasitə imtahan keçirilən zalda müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə saat 10:00-dan etibarən seçilib, namizədlərin sayına uyğun çoxaldılacaqdır. Bu prosesi izləmək arzusunda olan bütün hakimliyə namizədlər dəvət olunurlar.

Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini sentyabr ayının 28-dən Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, inşaatçılar prospekti 1) şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar.

Buraxılış rejiminin və namizədlərin yerləşdirilməsinin təmin olunması üçün hakimliyə namizədlər imtahan verilən binanın qarşısına İmtahana buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

İmtahana gələrkən hakimliyə namizədlər İmtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda namizəd imtahana buraxılmayacaqdır.

Əlaqə telefonları: 510-20-05; 430-01-17

Keçidlər