X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına işə qəbulla bağlı sənədlər avqustun 31-dək təqdim edilə bilər

Avqustun 8-də ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının iclası keçirilmişdir. İclasda ədliyyə orqanlarına işə qəbulla bağlı sənədlərin təqdim olunması vəziyyətinə baxılmışdır. Qeyd olunmuşdur ki, may ayının 13-dən qəbul başlanılaraq təqribən 3 ay müddətində 200-ə yaxın hüquqşünasın müraciəti komissiyaya daxil olmuşdur.

Müsabiqə komissiyası bildirir ki, bu ilki məzunların müsabiqədə iştirakına, həmçinin xaricdə ali təhsil almış şəxslərin diplomlarının qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ekvivalentliyinin tanınması üçün imkan yaratmaq məqsədilə sənədlərin qəbulu müddətinin 2006-ci ilin avqust ayının 31-dək davam etdirilməsi qərara alınmışdır.

Xatırladırıq ki, sənədlər bütün iş günləri saat 9-dan 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) qəbul olunur.

Əlavə məlumat almaq üçün 430-01-78, 430-11-05 nömrəli telefonlarla müraciət etmək olar.

Namizədlər işə qəbulla əlaqədar keçiriləcək imtahanların vaxtı və yeri barədə əlavə məlumatlandırılacaqlar.

Keçidlər