X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 333 nömrəli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində Bələdiyyələrlə İş Mərkəzi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin mərkəzi aparatının tərkibinə daxil edilsin. 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nazirliyin müvafiq yerli (regional) bölmələrinin yaradılmasını təmin etsin. 

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 

3.3. öz səlahiyyətləri daxilində bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 26 may 2006-cı il.

Keçidlər