X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycanın hüquq sistemi demokratik dəyərlərə əsaslanmaqla inkişaf edir

Ölkəmizdə səfərdə olan İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri Jan Pol Kosta ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən kompleks tədbirlər, o cümlədən hakimlərin qərəzsizliyinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin edilməsi, hüquq institutlarının inkişafı, hakimliyə namizədlərin Avropada ən mütərəqqi üsullarla seçimi barədə qonağa ətraflı məlumat verən nazir, ədalət mühakiməsinin həyata keçirilməsində demokratik dəyərlərin inkişafı üzrə görülən işlərin müsbət nəticələrini nəzərə çatdırmışdır.

Görüşdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin müstəsna əhəmiyyəti vurğulanaraq, bu məqsədlə silsilə tədris tədbirləri, o cümlədən Avropa Məhkəməsi hakimlərini ölkəmizə dəvət etməklə təlimlərin təşkil olunması, məhkəmənin Azərbaycanla bağlı qərarların hakimlər arasında geniş yayılması qeyd edilmişdir.

Azərbaycanda məhkəmə fəaliyyətinin və hüquq sisteminin Avropa dəyərlərinə uyğunlaşdırılması üzrə qısa müddətdə yüksək nailiyyətlər əldə edildiyini vurğulayan qonaq Avropa Məhkəməsinin presedent hüququnun hakimlər tərəfindən mütəşəkkil öyrənilməsindən və tətbiqindən məmnun olduğunu, səfər çərçivəsində özünün də hakimlər və hakimliyə namizədlər qarşısında mühazirə ilə çıxış edəcəyini bildirmişdir.

Sonra qonaq nazirlikdə Ədliyyə Muzeyinə baş çəkmiş, Azərbaycanda ədliyyə və məhkəmə orqanlarının inkişafı tarixi ilə tanış olmuşdur.

Keçidlər