X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Naxçıvanın hüquq institutları inkişafdadır

Naxçıvanın hüquq institutları inkişafdadır

Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi

Dövlət başçısı cənab İlham Əliyevin ədliyyə orqanlarının inkişafı haqqında 17 avqust 2006-cı il tarixli fərmanına əsasən ədliyyə fəaliyyətinn təkmilləşdirilməsi, o cümlədən penitensiar xidmətin işinin köklü surətdə yaxşılaşdırılması üzrə məqsədyönlü tədbirlər görülür, məhkumların hüquqlarına riayət olunması və saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, onların öz ailələrinə yaxın ərazilərdə cəza çəkməsi və gələcək sosial adaptasiyası məqsədilə regionlarda yeni cəzaçəkmə müəssisələri inşa olunur.

Penitensiar müəssisənin açılış mərasimi

Bu günlərdə Naxçıvan MR Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yeni tikilmiş Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsi istifadəyə verilmişdir. Tədbirdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iştirak etmişlər.

Eyni zamanda, Fikrət Məmmədov Naxçıvan MR Ədliyyə Nazirliyinin əməkdaşları ilə və hakimlərlə görüşmüşdür. Görüşdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan MR-nın problemlərinə daim diqqət yetirdiyi, 24 avqust 2002-ci ilə tarixli Fərmanına əsasən Naxçıvan Ədliyyə

Penitensiar müəssisə

Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi və inkişafı üçün tədbirlərin müəyyən olunaraq həyata keçirilməsi vurğulanmışdır. Naxçıvan MR hüquq institutlarının inkişafı ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin 2 noyabr 2006-cı il tarixli Fərmanının icrası üzrə görülmüş tədbirlər qeyd edilmiş, qarşıda duran vəzifələrdən danışılmış, mövcud problemlərlə maraqlanılaraq, müvafiq tapşırıqlar verilmişdir. Yeni müəssisəyə və Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan filialına müvafiq texniki yardım göstərilmiş, o cümlədən ən müasir tipli kriminalistik avadanlıq və təşkilati texnika təqdim edilmişdir.

Həmçinin, nazir təmir və tikinti işlərindən sonra istifadəyə verilmiş Naxçıvan MR Ali Məhkəməsinə və yeni tikilmiş Kəngərli Rayon Məhkəməsinə baş çəkərək, onların ən müasir şəraiti ilə tanış olmuş, eyni zamanda müasir tələblərə uyğun inşa edilən Naxçıvan MR Hərbi və Ağır cinayətlərə dair işlər üzrə məhkəmələrdə olmuş, tikinti işlərinin gedişi ilə maraqlanmış, müvafiq tövsiyələrini vermişdir.

 

 

 

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi

Naxçıvan MR Hərbi və Ağır cinayətlərə dair işlər üzrə məhkəmələri

 

 

 

Keçidlər