X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Prezidentin fərmanı diqqət mərkəzindədir

Ədliyyə Nazirliyinin kollegiya iclasında ölkə başçısının «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında» 22 iyun 2009-cu il tarixli Fərmanından irəli gələn vəzifələr müzakirə olunmuşdur.

Tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov son illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində iqtisadi potensialın dəfələrlə gücləndiyini, sürətlə artan dövlət büdcəsi hesabına maliyyələşən layihələrin xeyli çoxaldığını, dövlət vəsaitlərin səmərəli xərclənməsinə ciddi nəzarətin həyata keçirilməsində, korrupsiyanın tam aradan qaldırılması üçün daha qətiyyətli addımların atılmasında ölkə Prezidentinin qeyd edilən Fərmanının əhəmiyyətini vurğulamışdır.

Bildirilmişdir ki, həmin fərmanla bütün icra hakimiyyəti orqanlarına maliyyə intizamına nəzarətin gücləndirilməsi, büdcə və digər vəsaitlərin təyinatı üzrə və qənaətlə istifadə olunmasına xüsusi diqqətin yetirilməsi, habelə Ədliyyə Nazirliyinə bələdiyyələr tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarətin artırılması tapşırılmışdır.

İclasda cari ilin 6 ayı ərzində keçirilmiş yoxlamalar nəticəsində 15 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları, o cümlədən dövlətə və bələdiyyə mülkiyyətinə 10 milyon manatdan artıq ziyanın vurulması aşkar olunaraq, materialların istintaqın aparılması üçün prokurorluq orqanlarına göndərildiyi vurğulanmış, lakin bu kimi halların yeganə olmadığı və bu sahədə əlavə tədbirlərin görülməsi zərurəti bildirilmişdir.

Kollegiyada ölkə Prezidentinin Fərmanının icrası, o cümlədən maliyyə intizamının və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi, bu sahədə prokurorluq orqanları ilə qarşılıqlı fəaliyyətin səmərəsinin artırılması, qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər üzrə konkret tədbirlər müəyyən olunmuşdur.

Keçidlər